Çində atışma olub - 3 ölü,6 yaralı

Çində atışma olub
Oxunma sayı: 361

Çinin Quandun əyalətinin Çaoçjou dairəsində silahlı insident baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata əsasən, hadisə yerli vaxtla 20.00-da qeydə alınıb. İnsident nəticəsində 3 nəfər ölüb. Daha 6 nəfər isə xəsarət alıb.

Hadisə yerinə gələn polis şübhəli şəxslərdən birini saxlayıb. Hazırda digərlərinin axtarışı davam edir. Atışmanın başvermə səbəbləri barədə məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi