Cində Azərbaycan Mədəniyyəti Günləri davam edir

cinde-azerbaycan-medeniyyeti-gunleri-davam-edir
Oxunma sayı: 725

Sərginin açılış mərasimində Azərbaycanın Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və ÇXR-nin Mədəniyyət Naziri Çay Vu (Chai Wu) iştirak ediblər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sərgidən sonra Ə. Qarayev ÇXR-nin mədəniyyət naziri Çay Vu ilə görüş keçirib. Mədəniyyət sahəsi üzrə iki ölkə arasında olan əməkdaşlığın perspektivlərindən söz açan Ə. Qarayev bu əməkdaşlığn daha da güclənməsi üçün qarşı tərəfi Azərbaycana səfər etməyə dəvət edib. Həmçinin nazir həmkarına 2012-ci ildə Azərbaycanda Çin Mədəniyyət Günlərinin təşkil olunmasını təklif edib, ilkin tədbirlər planın hazırlanması və mədəniyyət sahəsi üzrə işçi qrupun yaradılmasının zəruriliyini vurğulayıb. Eyni zamanda tərəflər muzey, abidələr və kitabxanalar sahəsində ikitərəfli əlaqələrin və elecədə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Daha sonra iki ölkə arasında “2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb. İmzalama mərasimi bitdikdən sonra nümayəndə heyəti Böyük Çin Səddini ziyarət ediblər.

Nigar Məmmədli