Çində baş verən partlayışda ölənlərin sayı 62-yə çatdı - Fotolar + Video

cinde-bas-veren-partlayisda-olenlerin-sayi-62-ye-catdi
Oxunma sayı: 2139

Çinin Yançınq şəhərinin Şanqşuyi qəsəbəsində dərman zavodunda güclü partlayış baş verib.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, partlayış nəticəsində 47 nəfər ölüb, 600 nəfər isə xəsarət alıb. Onlardan 90 nəfərin vəziyyəti ağırdır.

Şirkətin yüksək vəzifəli şəxslərinin də yaralandığı bildirilir.

Məlumata görə, partlayış bölgədə 2,2 bal gücündə zəlzələyə də səbəb olub. Partlayışdan sonra 2 km ərazidəki bütyün binalar boşaldılıb, insanlar təxliyyə edilib.

Qeyd edək ki, zavodda həşəratlar əleyhinə kimy\vi dərmanlar hazırlanırmış.

***

"Frans Press"in məlumatına görə, ölənlərin sayı 62-yə çatıb. 28 nəfərin taleyindən xəbər yoxdur.