Çində fabrikdə zəhərlənmə, ölənlər var

cinde-fabrikde-zeherlenme-olenler-var
Oxunma sayı: 651

Çində kağız fabrikində qaz zəhərlənməsi olub. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubundakı Quandun vilayətindəki fabrikdə baş verən bədbəxt hadisə 7 nəfərin həyatına son qoyub, 2 nəfər xəsarət alıb. Hadisə araşdırılan zaman məlum olub ki, 9 işçi çirkab sularının tənzimləndiyi hissədə  qapalı qalıb. Onların ora necə düşdüyü isə məlum deyil.

Bildirilir ki, həmin şəxslər yanğınsöndürənlər tərəfindən sağ çıxarılıb xəstəxanaya göndərilsələr də, həyatlarını xilas etmək mümkün olmayıb.

Həkimlər işçilərin çirkab sularından ayrılan qazdan zəhərləndiklərini qeyd edib.

Aysel Kərimova