Çində ikinci torpaq sürüşməsi olub

cinde-ikinci-torpaq-surusmesi-olub
Oxunma sayı: 641

Çinin Sıçuan əyalətində son dörd gün ərzində ikinci torpaq sürüşmə baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNR radiosu məlumat yayıb.

Hadisə itkin düşən 93 nəfərin axtarışının davam etdiyi vaxt qeydə alınıb.

Bildirilir ki, torpaq sürüşməsi səhər saat 11.02-də (Bakı vaxtı ilə saat 7.00) baş verib.  Sürüşmənin miqyası barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, iyunun 24-də baş verən sürüşmə zamanı 62 ev və 100-dən çox insan torpaq altında qalıb. Xilasedicilər hələki 10 nəfərin cəsədini tapa biliblər. İtkin düşən 93 nəfərin axtarışları davam edir. Əməliyyatlarda ümumilikdə 2,5 min insan iştirak edir.