Çində klubları ağır cəzalar gözləyir - Fantastik transferlərə görə

cinde-klublari-agir-cezalar-gozleyir
Oxunma sayı: 652

Son illərdə etdikləri bahalı transferlərlə gündəmə gələn Çin klubların haqqında araşdırma başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Çin Futbol Federasiyası 13 kluba futbolçuların maaşlarını ödəmələri barədə sübutları təqdim etmək üçün 15 avqusta qədər vaxt verib.

Əgər həmin klublar ödənişlər barədə faktları təqdim edə bilməsə növbəti mövsüm aşağı liqaya göndəriləcəklər.

Haqqında araşdırma aparılan klublar aşağıdakılardır:

“Shanghai Shenhua”, “Shanghai SIPG”, “Beijing Guoan”, “Changchun Yatai”, “Chongqing Dangdai Lifan”, “Hebei China Fortune”, “Guangzhou Evergrande”, “Guangzhou R&F”, “Jiangsu Suning”, “Liaoning Whowin”, “Shandong Luneng Taishan”, “Tianjin Quanjian”, “Tianjin TEDA”, “Beijing Renhe”, “Dalian Transcendence”, “Shanghai Shenxin”, “Shijiazhuang Ever Bright”, “Qingdao Jonoon”.

Qeyd edək ki, hazırda Çin liqasında ən çox maaş alan futbolçu Karlos Tevezdir. Onun illik məvacibi 40 milyon avrodur.