Çində mədəndə faciə - Ölən və yaralananlar var

cinde-medende-facie
Oxunma sayı: 1142

Çinin Quansi-Çjuansk muxtar vilayətində mədəndə qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Torpaq və Təbii Sərvətlər Nazirliyi sosial mediada məlumat yayıb.

Məlumata əsaən, uçqun bazar günü Maşan kəndində olub. Hadisə ilə bağlı ətraflı məlumat verilməyib. Qəza nəticəsində 6 nəfər ölüb, daha 9 işçi isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda xilasedici, təcili tibbi yardım əməkdaşı və mütəxəss göndərilib.