Çində torpaq sürüşməsi - Yüzlərlə insan dağıntıların altında qalıb

cinde-torpaq-surusmesi
Oxunma sayı: 633

Çinin Sıçuan vilayətinin Desi şəhərinin kəndlərindən birində 100-dən çox insan torpaq sürüşməsi nəticəsində uçqunlar altında qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CCTV telekanalı məlumat yayıb.

Kanalın verdiyi məlumata görə, hadisə şənbə günü yerli vaxtla 06.00-da (Bakı vaxtı ilə 02.00) baş verib. Artıq sürüşmə zonasına xilasetmə qrupu, təcili tibbi yardım maşınları və polis göndərilib.

40-a yaxın ev torpağın altında qalıb.

Sürüşməyə uzun müddət davam etmiş yağışlar səbəb olub.