Çində zəlzələ olub - 5,2 bal

cinde-zelzele-olub
Oxunma sayı: 921

Çinin Sinçzyan-Uyğur muxtar əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Seysmoloji mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Kaşqar dairəsində, 8,7 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.