Çindəki partlayışda ölənlərin sayı 64 oldu

cindeki-partlayisda-olenlerin-sayi-64-oldu
Oxunma sayı: 717

Çinin Yançınq şəhərinin Syanşuy qəsəbəsində yerləşən “Tzyansu Tyantzyai” kimyəvi zavodunda baş vermiş partlayışda ölənlərin sayı 64 olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, şəhər meri Yançen Tsao Lubaonun məlumatına görə, daha 28 nəfərin taleyindən xəbər yoxdur.

Partlayış nəticəsində 600-dən çox insan yaralanıb. Onlardan 28-nin vəziyyəti kritikdir, 78 nəfər isə ağır vəziyyətdədir. 143 nəfər xəstəxanada həkim nəzarətində saxlanılır.