Çindən 13 min qutu ipəkqurdu alınıb

Çindən 13 min qutu ipəkqurdu alınıb
Oxunma sayı: 574

Ölkə prezidentinin ipəkçiliyin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2017-ci ildə ölkədə 245 ton yaş barama məhsulu istehsal edilib.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2016-cı ildə tender müqaviləsi əsasında Çin Xalq Pespublikasından 1,5 milyon ədəd, 2017-ci il 29 noyabr tarixində isə 1 milyon ədəd tut tingləri tədarük edilib, bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanılıb və bu rayonların ərazilərində yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib.

Həyata keçirilmiş tədbirlərin davamı olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından iki mərhələdə 13000 (on üç min) qutu qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq aran, dağlıq və dağətəyi rayonlar nəzərə alınaraq 2 mərhələdə respublikamıza gətirilməsi nəzərdə tutulub. Aprel ayının 17-də ilkin mərhələdə  7000 (yeddi min) qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq respublikaya gətirilib və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında respublikanın 40 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub. Aprel ayının 24-də isə ikinci mərhələdə daha 6000 (altı min) qutu hibridipəkqurdu sənaye toxumları (qrena) gətirilərək kümçülərə əvəzi ödənilmədən paylanılacaq. 

Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir.

Bununla yanaşı, ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, toxum zavodlarınının və kümçülərin damazlıq barama toxumları ilə təmin ediıməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurularaq  bu il istifadəyə veriləcək.  




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi