Çindən 5 ölkəyə xəbərdarlıq

cinden-5-olkeye-xeberdarliq
Oxunma sayı: 3011

Çin Xarici İşlər Nazirliyi ABŞ, Avstraliya, Yeni Zelandiya, İngiltərə və Kanadaya xəbərdarlıq edib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Çinə qarşı kəşfiyyat əməkdaşlığı qurduğu iddia edilən bu ölkələrdən “soyuq savaş” düşüncəsindən əl çəkmələri istənilib:

“Bütün tərəflərin artıq dəbi keçmiş olan “soyuq savaş” zehniyyətindən əl çəkmələrini və qalibi olmayan oyunları tərk etmələrini ümid edirik”.

Çin XİN-in sözçüsü Lu Kanq həmin ölkələrə tərəfsiz, düzgün, məntiqli baxış tərzinə əsaslanaraq qarşılıqlı etibarı möhkəmləndirməyə çalışmalarını, sülh və sabitliyə dəstək vermələrini məsləhət görüb.