Çindən Suriyaya həll planı

cinden-suriyaya-hell-plani
Oxunma sayı: 635

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, BMT-nin xüsusi nümayəndəsi Kofi Annan planının tərk edilməsinin bu ölkəni böyükmiqyaslı müharibəyə sürükləyəcinə işarə edən qəzet Qərbin müdafiə etdiyi hərbi müdaxilənin indikindən böyük xaosa səbəb olacağına yer verib.

Xəbərdə Annan planının hələ tək həll yolu olduğunu və planın həyata keçirilməsi üçün tərəflərin atəşkəs elan etməsinin vacibliyi bildirilib.
Çin hakimiyyətinin əsas mətbuat orqanı olan qəzet 100-dən artıq insanın həlak olduğu Hula qətliamından sonra Çinin Suriya rejiminə qarşı nədən daha sərt tədbirlər görülməməsinə dair açıqlamalara da yer verib.

Pekin Rusiya ilə birlikdə Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarına veto qoyub. Bundan əlavə, ötən həftə Rusiya, Çin və Kuba 47 üzvü olan İnsan Haqları Komitəsinin Suriyadakı qətliamı pisləyən müraciətinə də veto hüququndan istifadə edib.