CINeration ilə sevimli musiqiniz hər zaman smartfonunuzda olacaq

cineration-ile-sevimli-musiqiniz-her-zaman-smartfonunuzda-olacaq
Oxunma sayı: 664

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, 18 Fevral 2013-cü il tarixindən etibarən 3 ay ərzində CİNeration istifadəçiləri My Music Cloud xidməti vasitəsilə xeyli sayda musiqi trekləri yükləyib pulsuz qulaq asa bilərlər.
My Music Cloud – dünyanın istənilən yerindən, mobil cihaz, planşet və ya şəxsi kompüter vasitəsilə «onlayn» və «oflayn» rejimdə musiqi dinləmək arzusunda olan istifadəçilərin ehtiyaclarını misilsiz tərzdə qarşılayan “bulud” xidmətidir.
CİNeration istifadəçiləri istənilən musiqini öz virtual “bulud” yaddaşına yükləyib, kampaniya ərzində tamamilə pulsuz qulaq asmaq imkanına malik olacaqlar.
Bu unikal xidmət xüsusi olaraq Bakcell-in CİNeration abonentlərinə ilk 3 ay ərzində pulsuz göstəriləcəkdir. “My Music Cloud” xidmətindən yararlanan müştərilər istənilən cihazdan istifadə edib öz sevimli mahnılarını idarə etmək, yükləmək və dinləmək imkanını əldə edəcəklər.
“My Music Cloud” xidmətinə qoşulmaq üçün sadəcə “MUSİC” sözünü “5888” nömrəsinə göndərib qeydiyyatdan keçmək kifayətdir.
Qeydiyyatdan sonra, CİNeration abonentləri yükləmə məhdudiyyətləri və İnternet haqqı olmadan “My Music Cloud” xidmətindən 3 ay ərzində istifadə edəcəklər. 3 ay sınaq müddəti keçdikdən sonra, xidmətin aylıq qiyməti 2.36 AZN təşkil edəcək. Yüklənən mahnılar abonentin istifadə etdiyi İnternet paketinə müvafiq olaraq hesablanacaqdır.
CİNeration tarifinin “My Music Cloud” xidmətinə qoşulun və öz musiqi şəbəkənizi yaradın!
Xidməti dayandırmaq üçün “STOP” sözünü 5888 nömrəsinə göndərin. Əlavə məlumat üçün lütfən www.bakcell.com səhifəsinə daxil olun.