CİNeration məzunlarına müjdə!

cineration-mezunlarina-mujde
Oxunma sayı: 650

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanda daha bir ilk olacaq bu layihə Bakcell-in İlkCell olduğunu nümayiş etdirəcək. Buraxılış gecəsinə ilin ən fəal, bacarıqlı, yüksək nailiyyətlər və müvəffəqiyyətlər əldə etmiş məzunları öz məktəbləri tərəfindən dəvət olunacaqlar. Seçilmiş məzunlar Bakcell şirkəti və Təhsil İdarəsi tərəfindən hədiyyə və diplomlarla təltif olunacaqlar.

Məzunların şərəfinə təşkil olunan konsert proqramında xarici müğənnilər Cəza (Türkiyə), Nyuşa (Rusiya), Dan Balan, eləcə də, yerli Miri Yusif, Safura, Uran, DJ Shock və meyxana ustaları Pərviz Bülbülə, Rəşad Dağlı və Vüqar Biləcəri öz ifaları ilə gənclərimizin zövqlərini oxşayacaqlar.
Nigar