Çingiz Abdullayev ASAN-da

cingiz-abdullayev-asan-da
Oxunma sayı: 649

“Qafqazinfo” xəbər verir ki, Dövlət Agentliyin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair qonağa geniş məlumat verib. İnam Kərimov bildirib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

Yaradılmış şəraiti yüksək qiymətləndirən görkəmli yazıçı Çingiz Abdullayev “ASAN xidmət” mərkəzinin fəaliyyətindən və çevikliyindən, əməkdaşların peşəkar yanaşmasından məmnun qaldığını söyləyib.