Çingiz bu dəfə 20-ci olacaq

cingiz-bu-defe-20-ci-olacaq
Oxunma sayı: 2360

Azərbaycan İsraildə keçirilən "Eurovision 2019" mahnı müsabiqəsinin finalında 20 nömrə altında çıxış edəcək.

“Qafqazinfo” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ikinci yarımfinal bitəndən sonra finalçıların çıxış sırasını müəyyən etmək üçün püşkatma keçirilib.

Mayın 18-də keçiriləcək finalda iştirakçılar bu ardıcıllıqla çıxış edəcək: Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniya.

Qeyd edək ki, Azərbaycanı müsabiqədə "Truth" mahnısı ilə Çingiz Mustafayev təmsil edir.