Çingiz Cəlilovun məhkəməsi başlayır

Çingiz Cəlilovun məhkəməsi başlayır
Oxunma sayı: 906

Mənimsəmədə təqsirləndirilən "Çudo Peçka"nın sahibi Çingiz Cəlilovun apellyasiya məhkəməsi başlayır. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə,  Ç.Cəlilov barəsindəki hökmdən narazı qalaraq apellyasiya şikayəti verib və özünü təqsirli bilmədiyi üçün bəraət tələb edib. 

Onun işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə dekabrın 11-də keçiriləcək. 

İttihama görə, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdiriblər.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüblər. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi