Çingiz Mustafayevin “Ad günü”- - Fotolar

cingiz-mustafayevin-ad-gunu-
Oxunma sayı: 2853


“Qafqazinfo”nun məlumatına görə, söz və musiqisi ifaçının özünəməxsus olan “Ad günü” adlı mahnıya rejissor Şahin Zəkizadə ekran həyatı verib. Klipdə Çingizin tərəf müqabili “Miss civilization” müsabiqəsinin birincisi olan Aytac Ağacanovadır. 

“Bundan əvvəl “Səbəbim yoxdur”, “Ay qız”, “Qaranlıq otaq”, “Axşam” adlı mahnılara klip çəkdirmişəm. Pərəstişkarlarım çox şükür ki, bəyənib. İnanıram ki, buklipim də bəyəniləcək. Yeni mahnılar üzərində işləyirəm. Gələcək planlarımı hələ ki, açıqlamaq istəmirəm. Yeni layihələr üzərində çalışmalarım davam edir”-, deyə ifaçı bildirib. 

Təqdimat mərasimində media nümayəndələri, əməkdar artist Abbas Bağırov,  “Eurovivion-2011”in qalibi Eldar Qasımov  iştirak edib. 

Könül