Çingiz narıncı xalçada - Fotolar

cingiz-narinci-xalcada
Oxunma sayı: 1634

İsraildə baş tutan “Eurovision 2019” narıncı xalça mərasimi ilə rəsmi olaraq açılışını edib. “Qafqazinfo” xəbər verir ki, Tel-Əviv-Yafonun Habima Meydanında reallaşan tədbir Bakı vaxtı ilə saat 19:00-da start götürüb.  

Gecədə 41 müsabiqə ölkəsi və beynəlxalq nümayəndə heyətinin üzvləri iştirak edib, onlar KİV nümayəndələrinin suallarını cavablandırıblar. 

Təmsilçimiz Çingiz Mustafayev narıncı xalça üzərinə 37-ci olaraq çıxıb. O, mərasimə 5 vokalisti və milli nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova ilə birgə qatılıb.