Çingiz Qənizadə üç yeni məktəbin açılışında iştirak etdi

cingiz-qenizade-uc-yeni-mektebin-acilisinda-istirak-etdi
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, 15 sentyabr - Bilik günündə İmişli rayonunun Ağaməmmədli, Bəcirəvan və Qaragüvəndikli kəndlərində yeni inşa olunmuş kənd tam orta məktəblərinin açılış mərasimi keçirilib.

Mərasimdə ictimaiyyət nümayəndələri və məktəb kollektivi ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin Başçısı Vilyam Hacıyev və 80 saylı İmişli-Beyləqan Seçki dairəsi üzrə Milli Məclisin deputatı Çingiz Qənizadə də iştirak edib.

Tədbirdə millət vəkil Çingiz Qənizadə çıxış etmiş, yeni istifadəyə verilən məktəblərin açılış mərasimi ilə bağlı məktəbliləri və pedaqoji kollektivi təbrik edərək onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb.

Yeni inşa olunan və müasir tələblərə cavab verən məktəblərin istifadəyə verilməsini təhsilə göstərilən dövlət qayğısının əyani təzahürü kimi qiymətləndirən millət vəkili, dövlət tərəfindən İmişli rayonunun digər kəndlərində də yeni orta məktəblərin tikintisinin və təmir-bərpa işlərinin davam edəcəyini qeyd edib.