Çingiz Qənizadə yubiley tədbirinə qatılıb

cingiz-qenizade-yubiley-tedbirine-qatilib-
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, bu tədbirlərdən biri də Beyləqanda keçirilib. Rayonun mərkəzində yenidən qurulmuş parkda təşkil edilən tədbir möhtəşəmliyi ilə keçirilib. Tədbirdə rayonun bütün rəhbər vəzifəli şəxsləri, ziyalılar və ictimnaiyyət nümayəndələri iştirak edib. Bakıdan gəlmiş incəsənət ustalarının çıxışları tədbiri daha maraqlı edib.
Müstəqilliyimizin 20 illiyi ilə bağlı keçirilən tədbirdə 80 saylı İmişli-Beyləqan seçki dairəsini parlamentdə təmsil edən Çingiz Qənizadə də iştirak edib. Həmçinin əslən Beyləqandan olan və müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış insanlar, ziyalılar da qonaqlar arasında olub.
Qeyd edək ki, növbəti belə tədbir sabah İmişli rayonunda olacaq.