Çingiz Qənizadənin adından pul yığırlar

cingiz-qenizadenin-adindan-pul-yigirlar
Oxunma sayı: 3231

Deputat Çingiz Qənizadənin adından dələduzluq edirlər. Bu barədə “Qafqazinfo”ya deputatın  özü məlumat verib.

O qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi ona zəng edərək  bir nəfər şəxsin Lerik və Göygöl avtovağzallarının rəhbərliyinə  yaxınlaşaraq Məmmədov Cəfər  Muxtar oğlunun adına pul köçürülməsini istəyiblər: “Onlar özlərini mənim təşkilatımın nümayəndəsi kimi təqdim ediblər. Pul yığıb jurnal buraxacaqlarını deyiblər. Təşkilatın da adı “Yol daşıyıcıları” olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar  Nazirliyindən mənə verilən məlumata görə, həmin şəxsin adı Pərvindir. Əlaqə nömrəsi də 050 677 73 51-dir. Artıq bu nömrəyə bir neçə dəfə yığsam da, telefon söndürülüb. Mən sizin vasitəsilə ictimaiyyətə müraciət edirəm ki, belə  hallarla dövlət  və özəl təşkilatlar qarşılaşsalar,  dərhal o adamları saxlayıb polis orqanlarına təhvil versinlər”.  

Günel Türksoy