Çingiz səhnədə nə mesaj verir?

cingiz-sehnede-ne-mesaj-verir
Oxunma sayı: 2752

Bu gün İsraildə keçirilən “Eurovision” mahnı müsabiqəsinin final günüdür. 26 ölkə nümayəndəsi Təl-Əviv Expo Mərkəzinin səhnəsinə çıxaraq öz şoularını təqdim edəcəklər.  Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə 20 nömrə altında “Truth” mahnısını söyləyəcək.

“Qafqazinfo” xəbər verir ki, Çingizin səsi qədər onun səhnə performasına da maraq böyükdür. Belə ki, “Eurovision” tarixində bir yenilik olaraq səhnəyə robotlar çıxarılıb və maraqlı lazer şou təşkil olunub. 

Maraqlıdır, Çingizin bəyənilən xareoqrafiyasının müəllifi kimdir?

Rusiya KİV-ləri yazır ki, müsabiqənin favoritlərindən olan sənətçinin səhnə performansının müəllifi ukraynalı xareoqraf Konstantin Tomilçenkodur. Arenada Çingizin tək olması, üçbucaq formalı, kənarlı işıqlı dekorasiya, arxa fondakı mavi dalğalar, ürək və qadın sürəti, iki robot və lazer şousunun banisi Konstantindir.  Səhnədə robotlar ifaçını sevgi əzabından xilas etməyə, ürək ağrısını səngitməyə köməklik edir. 

Həmçinin sənətçini səhnədə müşayiət edən  5 bek-vokalçının görünməməsi də, xareoqrafın təklifi ilə edilib. Görüntü 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsində qalib gələn Camalanın səhnəsi üçün vizual effektləri hazırlayan “Front Pictures Creative Studio” şirkətinə məxsusdur. Şirkət həmçinin “America’s Got Talent” və məşhur müğənni Pink-in “The BRIT Awards 2019” çıxışında da iştirak edib. "Kreativ studio" səhnə qrafikasının hazırlanması üçün Moskvada yerləşən və regionun ən böyük şirkəti olan “GST” ilə əməkdaşlıq edib.