“Çingizin bu ifası tərzim deyil”

cingizin-bu-ifasi-terzim-deyil
Oxunma sayı: 1441

İki il əvvəl Avroviziya mahnı müsabiqəsində çıxış edən Diana Hacıyeva (Dihaj) builki təmsilçimiz Çingiz Mustafayev barədə danışıb. 

“Qafqazinfo” xəbər verir ki, o, instaqramın canlı yayımında həmkarının ““Truth” mahnısı barədə fikirlərini bölüşüb. Bu məlumatı “İnfe Azerbaijan” yayıb.

İnstaqram izləyiciləri Dianaya Çingiz barədə suallar ünvanlayıb. Dihaj isə bildirib ki, Çingizin ifası onun tərzinə yaddır:

“Bu barədə heç bir şey düşünmürəm. Çingizin ifa etdiyi musiqi tərzim deyil. Ümid edirəm ki, Çingiz və komandamız sona kimi mübarizə aparacaqlar, çünki bu, çox çətindir. Onlara uğurlar arzu edirəm”.