Çinin ABŞ məhsullarına yeni vergisi qüvvəyə mindi

cinin-abs-mehsullarina-yeni-vergisi-quvveye-mindi
Oxunma sayı: 2211

Çin Ticarət Nazirliyinin ümumi həcmi 16 milyard dollar olan ABŞ məhsullarının idxalına tətbiq etdiyi 25 faizlik əlavə gömrük vergisi bu gün qüvvəyə minib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyi ABŞ-ın vergiləri qaldırması səbəbindən bu cavab addımının atılmasından başqa bir yolları qalmadığını açıqlayıb.

Xatırladaq ki, bu qərar 8 avqust verilmiş və 23 avqustda qüvvəyə minəcəyi bildirilmişdi.

Qeyd edək ki, iki ölkə arasındakı “iqtisadi müharibə” ABŞ-ın dəmirə 25, aliminiuma 10 faizlik əlavə gömrük vergisi tətbiq etməsindən sonra başlamışdı. Həmçinin 50 milyard dollar dəyərində ümumilikdə 1000-dən çox Çin mənşəli məhsulların vergisini 15-25 faiz arasında artırmışdı.

Çin də cavab olaraq yenə dəyəri 50 milyard dollar olan 659 adda ABŞ məşhsullarına əlavə 25 faiz vergi tətbiq etmişdi.