Çinlə elektron ticarət platformasının yaradılması təklif olunub

cinle-elektron-ticaret-platformasinin-yaradilmasi-teklif-olunub
Oxunma sayı: 2402

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, məqsəd iki ölkə arasında müvafiq sahədə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək, planlaşdırılan layihələrin həyata keçirilməsi üçün razılaşma imzalamaq olub.

İkitərəfli görüşdə Çinin Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancun Azərbaycanda Çinlə birgə yeni e-ticarət platformasının yaradılması ilə bağlı təkliflərlə çıxış edib.

Hon Konqun Quanzhou şəhərinin innovasiya layihələri və yüksək texnologiya şirkətlərinin, eləcə də Hesablama-Ticarət Palatasının nümayəndələrinin qatıldığı görüşdə planlaşdırılan yeni layihələrin həyata keçirilməsi üçün ikitərəfli razılaşma imzalanıb.

Qeyd edək ki, “Azərpoçt” MMC, “Silk Way” və Çinin “Aerotrans” şirkəti ilə ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün Azərbaycanın regional tranzit poçt mərkəzi (HUB) rolunu oynadığı layihədə də birgə əməkdaşlıq edir.

Sonda qonaqlar “Şəbəkə” xidmət mərkəzinin fəaliyyəti ilə tanış olublar.