Çinli milyarder ABŞ-da saxlanıldı - Seksual cinayətdə şübhəli bilinir

cinli-milyarder-abs-da-saxlanildi
Oxunma sayı: 2143

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində çinli milyarder, “JD.com” internet şirkətinin yaradıcısı Lyu Tsyandun saxlanılıb.

“Qafqazinfo”nun “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, Riçard Lyu kimi də tanınan biznesmen seksual cinayətdə şübhəli bilinir.

O, növbəti gün sərbəst buraxılıb.

Saxlanılmasının səbəbləri açıqlanmır.