Çinli müşahidəçilər Suriyada vəziyyəti izləyəcəklər

cinli-musahideciler-suriyada-veziyyeti-izleyecekler-
Oxunma sayı: 637

Onlar Suriyada atəşkəs rejimini müşahidə edən 11 nəfərlik qrupa qoşulublar. Beynəlxalq müşadəçilər isə münaqişənin ən qaynar nöqtələrinə səfərləri davam etdirirlər. Çinli müşahidəçilərin Suriyanın hansı ərazisinə baş çəkəcəyi isə hələlik məlum deyil.

Müşahidəçilərin Suriya ərazisində olmasına baxmayaraq müxalifət fəalları atəşkəs rejiminin pozulduğunu yenə də iddia edirlər. Belə ki, Suriya hərbçilərinin ötən gün paytaxt Dəməşq ətrafındakı əraziləri atəşə tutduğu xəbər verilir. BMT və Ərəb Ölkələri Liqasının xüsusi nümayəndəsi Kofi Annan isə Təhlükəsizlik Şurasına Suriyada vəziyyətin pis olduğunu bildirib və hökumət qüvvələrinin müşahidəçilərin olmadığı şəhərlərdə hərbi əməliyyatları hələ də davam etdirməsinə narahatlığını çatdırıb.

anspress