Çinli qadının “iPhone”nu 47.5 il müddətinə kilidə düşdü

Çinli qadının “iPhone”nu 47.5 il müddətinə kilidə düşdü
Oxunma sayı: 2072

Çində qadının “iPhone”nu uzun müddətli kilidə düşüb.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, buna qadının oğlunun “iPhone”nu blokdan çıxarmaq üçün şifrəni düzgün daxil etməməsi səbəb olub.

Məlumata əsasən, hadisə bu ilin əvvəlində baş verib. Qadın telefonunu istifadə etməsi üçün oğluna verib. Daha sonra “iPhone”nu oğlundan alanda cihazın 25 milyon saat müddətinə (47.5 il) blok olunduğunu görüb.

Qeyd edək ki, bu cür zaman cərimələri həqiqətən də mövcuddur. Əgər istifadəçi “iPhone”da lazımi şifrəni 5 dəfə düzgün yığmasa, onda smartfon ekranında bildiriş əks olunur. Həmin bildirişdə şifrənin təkrarən düzgün daxil edilməsi xahişi əks olunur. Əsas problem şifrəni 6-cı dəfə səhv daxil edəndən sonra başlayır. Belə ki, bu zaman “iPhone” 1 dəqiqəlik avtomatik blok olunur. Bundan sonra isə daxil edilmiş hər bir səhv şifrə sayəsində smartfon 5, 15, 60 dəqiqə və s. vaxt intervalı üzrə blok müddətini artırır. Lakin vəziyyətdən çox sadə çıxış yolu var. Sadəcə olaraq cihazın ayarlarını onun ilkin vəziyyətinə qaytarmaq lazımdır.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi