Çinli turistlər qəzaya düşdü - 13 ölü, 31 yaralı

cinli-turistler-qezaya-dusdu
Oxunma sayı: 1123

Cənub-şərqi Asiya ölkəsi olan Laosda ağır qəza baş verib.  “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Viyentiyan - Luang Parabang yolunda reallaşıb. 

44 çinli turistin olduğu nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə düşüb. Hadisə zamanı 13 nəfər ölüb, 31 nəfər isə ağır yaralanıb. 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.