Çinlilər “iPhone X” modelinin kopyasını hazırladılar

cinliler-iphone-x-modelinin-kopyasini-hazirladilar
Oxunma sayı: 1768

Çinin telefon istehsalçısı “Leagoo” yeni “S9” modelini təqdim etməyə hazırlanır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeni cihaz “iPhone X” modelinin kopyasıdır.

İlk baxışda iki modelin bir-birindən fərqləndirmək olmur. “S9”da tək fərq üz tanıma funskiyası - “Face ID”nin olmamasıdır.

Telefon 6 GB RAM və 128 GB daxili yaddaşla, 5.85 inçlik AMOLED ekranla təchiz edilib. Kamera isə 16 meqapikseldir.

Yeni modelin “iPhpone X”dan 3 dəfə ucuz – 300 dollardan daha aşağı qiymətə satışa çıxacağı açıqlanıb.