Cinsi zorakılıq iddiası ilə müsəlmanlar qətlə yetirildi

cinsi-zorakiliq-iddiasi-ile-muselmanlar-qetle-yetirildi
Oxunma sayı: 809

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Myanmar İttifaqı Respublikasında müsəlman zəvvarları daşıyan avtobusun qarşısını kəsən buddistlər 9 nəfəri qətlə yetiriblər.

Arakan müsəlmanlarının təzyiq və zülm altında yaşadığı Myanmarda buddist qadına təcavüz edildiyi iddiası ilə müsəlmanlara hücum ediblər. Müsəlmanları daşıyan avtobusun qarşısını kəsən buddistlər 9 nəfəri qətlə yetiriblər.

Əsasən müsəlmanların məskunlaşdığı Arakan bölgəsində meydana gələn hadisə nəticəsində öldürülən müsəlmanların həcc ziyarətinə getməyə hazırlaşan zəvvarlar olduğu bildirilib.

Polisin cinayətlə bağlı araşdırma aparıldığını bildirməklə kifayətləndiyi, qeyri-rəsmi açıqlamada öldürülən müsəlmanların iddia edilən cinsi zorakılıq hadisəsi ilə əlaqəsinin olmadığı qeyd olunub.

Baş verən hadisədən sonra ortaq açıqlama ilə çıxış edən 8 beynəlxalq Arakan insan haqları təşkilatları sözügedən hücumu qınayaraq, cinayətin artıq bir neçə aydır ki, davam edən Arakan müsəlmanlarına qarşı qaralama kampaniyasından dərhal sonra törədildiyini xüsusi vurğulayıblar.