“...Çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər” - XİN

cirkin-niyyetlerine-hec-zaman-nail-ola-bilmeyecekler
Oxunma sayı: 1121

“Avropa Şurası Parlament Assambleyasında üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq anti-Azərbaycan siyasəti yürüdən bəlli qruplar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək.