“Çirkin oynasaq da, Azərbaycana qalib gəlməliyik” - Lafferti

cirkin-oynasaq-da-azerbaycana-qalib-gelmeliyik
Oxunma sayı: 644

Şimali İrlandiya millisinin hücumçusu Keyl Lafferti komandasının iyunun 10-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan danışıb. “Qafqazinfo” xəbər verir ki, o, bu matçda qələbə qazanmalı olduqlarını bildirib. 

Lafferti qeyd edib ki, Azərbaycana qalib gəlməkləri digər rəqiblər üçün mesaj olacaq: "Biz indi təzyiq altında oynayırıq. Çünki DÇ-nin final mərhələsinə getmək üçün hər oyunda qələbə qazanmalıyıq. Lazım gələrsə, çirkin futbolla qalib gəlməliyik. Həmçinin tamaşaçıları sevindirməliyik. Biz hazırda bu matçın favoriti sayıla bilərik. San Marino, Azərbaycan və Norveç kimi komandalara qalib gəlib xarakter göstərməliyik.

Azərbaycanla səfər oyunu bizim üçün böyük qarşılaşma olacaq. Qrup mərhələsinə yaxşı başlamışıq və davamını gətirməliyik. Əgər Azərbaycanla matçda qalib gəlsək, bu digər rəqiblərimizə mesaj olacaq. Bunu etmək istəyirik. Növbəti matçdan sonra bizi çox vacib oyunlar gözləyir. San Marino və Çexiya oyunları var".