Çita öldü

cita-oldu
Oxunma sayı: 688

30-cu illərdə məşhur olan “Tarzan” filmində baş rollardan birini ifa edən Çita adlı şimpanze meymunu ölüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Çita Florida ştatında yerləşən Palm-Harbor qoruğunda 80 yaşında ölüb.

Baytarlar meymunun ölümünə səbəb kimi böyrək çatışmazlığını göstəriblər. Qoruğun işçilərinin sözlərinə görə, Çita mehriban və şəkil çəkməyi xoşlayan bir meymun olub.

Xatırladaq ki, Çita Tarzan haqqında filmdə üzgüçülük üzrə Olimpiya çempionu Conni Vaysmüllerlə birlikdə oynamışdı. Çita 1960-ci ildən Palm-Harbor qoruğunda saxlanılırdı.