Çıxışını 10 dəqiqə tez bitirdi, spiker təşəkkür etdi

cixisini-10-deqiqe-tez-bitirdi-spiker-tesekkur-etdi
Oxunma sayı: 3094

Milli Məclisdə “Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, spiker Oqtay Əsədov qanun layihəsini təqdim etməyə hazırlaşan Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylidən bir  xahiş edib: “Daxili nizamnaməyə görə, qanun layihəsi ilə bağlı məlumat verilməsi üçün  20 dəqiqə vaxt nəzərdə tutulur. İsa müəllim çox xahiş edirəm ki, siz də 19 dəqiqə 59 saniyəyə bitirməyin. Bir az aşağı edin”.

Bu  təklif spiker  daxil olmaqla  deputatların hamısının ürəyincə olub. Sonda İ. Həbibbəyli çıxışını 10 dəqiqə tez bitirib. Spiker də buna görə öz təşəkkürünü edib. Qeyd edib ki, ikinci oxunuşda daha geniş çıxış edər.

Günel Türksoy