Çiyələklərdən sonra banan da “iynələndi”

ciyeleklerden-sonra-banan-da-iynelendi
Oxunma sayı: 4123

Avstraliyanın 6 fərqli əyalətində çiyələklərdən iynələrin çıxmasından sonra bənzər hadisə bananlarla bağlı da yaşanıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Kvinslənddə maerketlərin birində bananlara iynə qoyan 62 yaşlı qadın saxlanılıb. Qadının ruhi əsəb xəstəsi olduğu üzə çıxıb. Daha əvvəl də çiyələklərə iynələr qoyulduğundan ölkədən məhsul ixracı dayandırılmışdı. Yeni Zelandiya Avstraliyadan idxal edilən çiyələklərin ölkəyə gətirilməsinə qadağa qoyub.

Məsələyə görə cinayət işi açılıb. Kvinslənd əyalətinin çiyələk yetişdirənlər birliyinin direktor müavini Adrian Skultz bunu “pis niyyətli cinayət və milyon dollarlıq sektoru çökdürən ticarət terroru” adlandırıb.