ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

cl-de-heftenin-en-yaxsisi-adina-4-namized
Oxunma sayı: 888

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

"Qafqazinfo" UEFA-nın saytına istinadən xəbər verir ki, həftənin ən yaxşısı adına “Liverpul”dan Roberto Firmino, “Ayaks”dan Matteys de Liqt, “Tottenhem”dən Son Hın Min və “Barselona”dan Lionel Messi namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.