ÇL-nin qrup mərhələsinə vəsiqə qazanan 3 komanda

cl-nin-qrup-merhelesine-vesiqe-qazanan-3-komanda
Oxunma sayı: 2390

Avqustun 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk üç iştirakçının adı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, səfərdə Macarıstanın "Vidi" klubuna 2:1 hesabı ilə qalib gələn Yunanıstan təmsilçisi AEK doğma meydanda ilk oyunda əldə etdiyi üstünlüyünü qoruya bilib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb və iki oyunun nəticəsinə görə AEK Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib.

Səfərdə “Yanq Boyz” klubu ilə heç-heçə edən Xorvatiyanın "Dinamo Zaqreb" klubu doğma meydanda 2:1 hesabı ilə məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.
Günün üçüncü qarşılaşması isə Ukraynanın "Olimpiyski" stadionunda “Dinamo Kiyev” və Hollandiyanın "Ayaks" klubları arasında baş tutub. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Hollandiya təmsilçisi iki oyun nəticəsinə əsasən qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək, Çempionlar Liqasının play-off mərhələsində məğlub olan klublar ("Vidi", "Dinamo Kiyev", "Dinamo Zaqreb") UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaqlar.