CNN Azərbaycana dair həftəlik layihə hazırlayır

cnn-azerbaycana-dair-heftelik-layihe-hazirlayir
Oxunma sayı: 643

CNN-in reportyorları Cim Klensi və Cim Bulden tamaşaçılara biznes, mədəniyyət və idmana dair reportajlar təqdim edəcəklər.
“Azərbaycan 20 il əvvəl müstəqillik əldə etdikdən sonra tanınmayacaq dərəcədə dəyişib. Ölkə böyük enerji resurslarına, zəngin mədəniyyətə, artmaqda olan turizm sənayesinə malikdir”, - CNN International-ın vitse-prezidenti Mayk Makkarti bildirib. Azərbaycan dünyada iqtisadiyyatı çevik inkişaf edən ölkələrdən biridir və 2008-ci ildə Dünya Bankı tərəfindən 10 ən yaxşı islahatçılardan biri kimi tanınıb.
Cim Bulden bu uğurun tarixinə nəzər salmağa cəhd göstərəcək, həmçinin neft-qaz emalı üzrə nəhəng zavodlarda olacaq, energetikanın ölkə iqtisadiyyatına təsirini öyrənəcək.

Azərbaycanda şahmat ən populyar oyunlardan biridir. 30 mindən çox uşaq məktəbdə şahmat oynayır. Cim Bulden bu oyunun nə üçün Azərbaycanda populyar olmasının səbəblərini araşdıracaq.
Xəzər dənizi ən bahalı və ləzzətli yemək olan kürü və nərə balığının vətənidir. Həddindən artıq ovlanma və ətraf mühitin çirklənməsi ilə əlaqədar nərə balığının sayı ən aşağı səviyyəyə enib. Odur ki, Xəzərdə nərə ovuna embarqo qoyulub.CNN bu növün yaşamasının təmin olunması məqsədilə yerli şirkətin nərə populyasiyasını necə həyata keçirdiyini öyrənmək üçün Mingəçevirdə olacaq.

2012-ci ilin mayında bütün nəzərlər “Eurovision” müsabiqəsinin keçiriləcəyi Bakıya yönələcək. Bu ümumavropa hadisəsi birbaşa efirdə yayımlanacaq və 100 milyondan çox tamaşaçı izləyəcək. Cim Klensi müsabiqənin ötən ilki qalibləri ilə görüşəcək və 2012-ci ilin müsabiqəsinə hazırlığın necə getdiyini öyrənəcək, “Eurovision”un ölkənin gələcəyinə təsirini qiymətləndirəcək.
2010-cu ilin noyabrında Azərbaycan xalçası YUNESKO-nun qeyri-maddi irsinin şedevri elan olunub. Sovet hakimiyyəti dövründə xalçaçılıq sənəti geniş yayılmamışdı və maşın istehsalı səviyyəsinə enmişdi. Bu, ənənələrin itirilməsinə, ənənəvi xalçaların keyfiyyətinin azalmasına gətirib çıxarmışdı.
Cim Klensi bir vaxtlar yox olmaqda olan bu sənətin dirçəlməsinin yollarını öyrənəcək.
“Ağ şəhər” layihəsi şəhərin regenerasiyası və investisiyaların cəlb olunması, iş yerlərinin yaradılması, iqtisadiyyatın möhkəmləndirilməsi üçün katalizator qismində çıxış edərək Bakını yeni yüksək keyfiyyətli şəhər məhəlləsinə çevirməyə çalışır. Klensi bu layihəni həyata keçirən adamlarla görüşəcək.
Azərbaycanın futbol üzrə yığma komandası xarici legionerlərin tərkibində olan klublarla müqayisədə dünya arenasında kifayət qədər effektiv çıxış etmir. Bu yaxınlarda Azərbaycanda açılan Futbol Akademiyası uşaq-gənclər futbolunun inkişafında böyük addım oldu və ölkə 2012-ci ildə FIFA U-17 qadın futbolu üzrə Dünya Çempionatını keçirmək hüququnu qazandı.
Noyabrın 14-dən proqram efirdə hər gün 16:00 GMT və 21.00 GMT yayımlanacaq.