Co Bayden də prezident olmaq istəyir

co-bayden-de-prezident-olmaq-isteyir
Oxunma sayı: 1002

ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden növbəti prezident seçkiləri üçün namizədliyini açıqlayıb.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, 76 yaşlı siyasətçi artıq seçki akpaniyası üçün maliyyə vəsaitini toplamağa başlayıb.

Qeyd edək ki, Bayden 2009-2017-ci illərdə vitse-prezident postunda olub.

Xatırladaq ki, Qyd edək ki, daha öncə Demokrat Partiyasının üzvü, senator Kamala Herris, Nyu-York ştatının senatoru Kirsten Gillibrand, Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard, Massaçusets ştatının senatoru Elizabet Uorren, Barak Obamanın prezidentliyi dövründə Mənzil və Şəhərsalma naziri olmuş Xulian Kastro, Vermont ştatının senatoru Börni Sanders və keçmiş konqresmen Beto O'Rourke da Donald Trampa rəqib olacaqlarını elan ediblər.