Çoban fermada yanaraq öldü

coban-fermada-yanaraq-oldu
Oxunma sayı: 645

Şəmkir rayonunda ölümlə nəticələnən yanğın baş verib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə aprelin 25-nə keçən gecə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində olub.

Kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib. Nəticədə 12 kvm. sahədə yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.

Murad Əhməd