“Coca-Cola”nın sirri

coca-colanin-sirri
Oxunma sayı: 682

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın ən məşhur brendlərindən olan “Coca-Cola”nın 127 ildir sirr olaraq saxladığı resepti satışa çıxarılıb. Amerikanın Georgiya əyalətində yaşayan Kliff Kluge adlı şəxs şirkətin bir əsrdən çoxdur gizli saxladığı reseptini gizli yolla ələ keçirərək E-bay saytında 15 min dollara satışa çıxarıb.

Qeyd edək ki, “Coca-Cola” mövzu ilə bağlı açıqlamasında bildirib ki, Klugen içkinin dadını oxşada bilər amma, içkinin əsl reseptini tapa bilməz.1886-ci ildən hazırlana “Coca-Cola”nın resepti Atlantadakı muzeydə böyük bir kasada sirr olaraq saxlanılır.


Kəmalə