Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlanıb

cocuq-mercanlida-1168-eded-qelpe-askarlanib
Oxunma sayı: 690

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində  aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
 
ANAMA-dan “Qaqazinfo”ya verilən məlumata görə, gün ərzində 1168 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.
 
Nəticə etibarilə 26 353 kv.m (2.64 ha) ərazi tam təmizlənib, 19 400 kv.m (1.94 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Beləliklə, cəmi 45 753 kv.m (4.58 ha) ərazi təmizlənib.