Cocuq Mərcanlıda partlamamış hərbi sursat tapıldı

cocuq-mercanlida-partlamamis-herbi-sursat-tapildi
Oxunma sayı: 661

ANAMA mayın 18-də Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatı barədə hesabat açıqlayıb.
 
 "Qafqazinfo"ya daxil olan məlumata görə, Cocuq Mərcanlıda gün ərzində 1 494 ədəd qəlpə, 1 ədəd partlamamış hərbi sursat (PHS) (30 mm-lik silah qumbarası (VOQ-17)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 25 357 kv.m (2.54 ha) ərazi tam təmizlənib, 28 300 kv.m (2.83 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.