Cocuq Mərcanlıdan canlı yayım... - Fotolar

cocuq-mercanlidan-canli-yayim
Oxunma sayı: 3076

ATV və 106.3 FM radiosu 9 noyabr - Dövlət Bayrağı günü münasibətilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən canlı yayımlanıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, düşmənlə bir neçə kilometr məsafədən həyata keçirilən canlı yayım dövlət himninin səsləndirilməsi ilə başlayıb. Canlı yayımla yanaşı Cocuq Mərcanlıda həm də konsert proqramı təşkil edilib.

Konsert proqramında Cocuq Mərcanlı qəsəbəsinin sakinləri ilə yanaşı N saylı hərbi hissənin əsgər və zabitləri də iştirak edib.