Çökən yolla bağlı polisdən xəbərdarlıq

Çökən yolla bağlı polisdən xəbərdarlıq
Oxunma sayı: 1041

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yolun  çökməsi ilə bağlı sürücülərə xəbərdarlıq edib. 

V. Əsədov  “Qafqazinfo”ya sözügedən küçədə təhlükəsizliyi təmin etmək, yol nəqliyyat hadisələrinin, süni sıxlığın yaranmasının qarşısını almaq üçün alternativ yollardan istifadə edilməsini tövsiyə edir: “Hazırda Mehdi Abbasov küçəsində yaranmış vəziyyəti aradan qaldırmaq üçün əsaslı işlər aparılır. Xahiş edirik ki, bu yoldan sürücülər mümkün qədər istifadə etməsin”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi