Çökən yolun bərpası bir neçə gün çəkəcək - Yenilənib

Çökən yolun bərpası bir neçə gün çəkəcək
Oxunma sayı: 1946

“Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yolun  çökməsindən danışıb.

A. Nəcəfli “Qafqazinfo”ya bildirib ki,  kanalizasiya kollektorunda baş verən problem nəticəsində yol çöküb:

“Əməkdaşlarımız və “Azərsu” işçiləri hazırda hadisə yerindədir. Kanalizasiya sularının axmasının  qarşısını almaq üçün bərpa işlərinə başlanılıb. Kollektor işi yekunlaşdıqdan sonra yolun bərpası işlərinə start veriləcək. Yolun bərpası isə bir neçə gün çəkəcək. Küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər”.

***

"Azərsu"dan "Qafqazinfo"ya daxil olan məlumata görə, Nizami rayonu, Mehdi Abbasov küçəsində yolun çökməsinə səbəb magistral kanalizasiya kollektorunun sıradan çıxmasıdır:

"Həmin kanalizasiya kollektoru 8-ci km qəsəbəsi salınanda, 50-60 il əvvəl çəkilib: “Artıq istismar müddətini başa vurub və nəticədə orada qəza baş verib. Bizim mütəxəssislər əraziyə cəlb olunub. Qısa müddətdə ora yeni dəmir beton borular yerləşdiriləcək, qəza aradan qaldırılacaq. Qəza zamanı yola və ətraf ərazilərə kanalizasiya suları dağılmayıb".

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi