Çökmüş yola görə iki marşrutun istiqaməti dəyişdirilib

cokmus-yola-gore-iki-marsrutun-istiqameti-deyisdirilib
Oxunma sayı: 1928

Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində yolun bir hissəsinin çökməsi ilə əlaqədar olaraq iki marşrutun istiqaməti dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, Cəlil Məmmədquluzadə küçəsinin müəyyən hissəsinin çökməsi ilə əlaqədar olaraq 52 və 33 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrindən təşkil edilib.